Manana: “Düzdür, mən mələk deyiləm”

31 Oktyabr 2013 11:26 (UTC+04:00)
Əməkdar artist Manana boşanması ilə bağlı yayılan xəbərlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, müğənni "Pərdə" verilişinə açıqlamasında çox xoşbəxt olduğunu və həyat yoldaşından ayrılmadığını deyib:

"Mən həmişə çərçivədə yaşamışam: evdən işə, işdən studiyaya. Elə bir hərəkətim olmayıb ki, kimsə arxamca danışsın. İnsanların qarşısına təmiz üzlə çıxıram. Həyat yoldaşımla ayrılmamışıq, çox xoşbəxtik. Bir-birimizi sevirik, hörmət edirik. Allaha inanan insanlarıq. Düzdür, Manana mələk deyil. Amma mənim haqqımda digərləri kimi çirkin sözlər danışılmır".

AzNews.az