Türkiyə parlamentində bir ilk
31 Oktyabr 2013 15:39 (UTC+04:00)
Bu gün Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq türban (baş örtüyü) taxmış qadın millət vəkilləri Böyük Millət Məclisinin iclasına qatılıblar.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri Nurcan Dalbudaq, Sevde Kaçar, Gülay Samancı və Gönül Bekin Şahqulubəy parlament binasına baş örtüyü ilə daxil olublar. Onlar jurnalistlərə açıqlamalarında çox xoşbəxt olduqlarını söyləyiblər.
Müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının bəzi millət vəkilləri ötən günlərdə AKP üzvü qadınların bu niyyətinə çox sərt reaksiya versələr də, iclas zalında buna etiraz etməyiblər.
AzNews.az