Fahişəliklə məşğul olan qadın müəyyən edildi

1 Noyabr 2013 14:56 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları fahişəliklə məşğul olan şəxslərlə bağlı daha bir faktı müəyyən edib.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini Şəhanə Alıyevanın Yasamal rayonu ərazisindəki mənzillərdən birində gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

AzNews.az