Zakir Həsənov işdən çıxardığı polkovniki cəbhəyə göndərdi

13 Noyabr 2013 07:38 (UTC+04:00)
Nazir vəzifəsinə təsdiq olunduqdan 3 gün sonra imzaladığı əmrlə Hərbi Polis İdarəsinin rəis əvəzi Bədir Həsənovu vəzifəsindən çıxaran Zakir Həsənov onun təyinatını cəbhə bölgəsinə verib.

Qaynağın "Axar.az"a verdiyi məlumata görə, nazir Zakir Həsənov Bədir Həsənovu Şəmkirdəki hərbi hissələrdən birinə tabor komandiri göndərib.

Xatırladaq ki, polkovnik-leytenant Bədir Həsənov peşəkar kadr deyil, ön cəbhədə isə adətən qeyri-peşəkar zabitlər üçün xidmət dözülməz olur.


AzNews.az