“WhatsApp”da fahişəliklə məşğul olan şəbəkə

27 Noyabr 2013 08:24 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində "WhatsApp"la fahişəliklə məşğul olan şəbəkə tutulub.

Şəbəkə fahişəliyə cəlb etdiyi qadınların şəkillərini çəkib "WhatsApp"la müştərilərinə göndərib.

Telefonuna mesaj gələn kompüter mühəndisinin şikayəti ilə hərəkətə keçən polis şəbəkə ilə müştəri kimi əlaqə yaradıb.

Bu yolla bir nəfər ukraynalı qadını saxlayan polis şəbəkənin izini axtarmağa davam edir. (anspress)