Rusiyanın Tatarıstan regionunda özlərini müsəlman sektası kimi təqdim edən 4 nəfərdən ibarət qrup aşkarlanıb. Polis sektanın işini araşdırarkən məlum ki, onlar 27- si uşaq olmaqla 65 nəfəri yaşadıqları evin zirzəmisində saxalayırmış. Polis onların nə vaxtdan bu zirzəmində saxlanıldığını hələki müəyyənləşdirə bilməyib. AzNews.az aljazeera.com saytına istinadən verdiyi xəbərə görə Sektanın rəhbəri 83- yaşlı Faizrakhman olub və o özünü şəriət qaydalarına zidd olaraq peyğəmbər elan edib, böyükləri və o cümlədən uşaqları bu yalana inandıraraq onları tərkdünyalığa sövq edib.
Qeyd edək ki, polis adı keçən regionda Müsəlman din rəhbərlərinə qarşı son hücumları araşdırarkən sektanın gizli fəaliyyətini üzə çıxarıb.
Sadiq
AzNews.az