İsrail İranın siyasətini dəyişəcəyinə inanmır
7 Dekabr 2013 17:53 (UTC+04:00)
"İranda hakimiyyətə yeni bir liderin seçilməsinə baxmayaraq, bu ölkənin siyasi baxışları dəyişməyəcək". APA-nın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Aviqdor Lieberman "Washington Post"un suallarını cavablandırarkən bildirib.
İranla bağlı əndişə duyduqlarını dilə gətirən A. Liberman İranın siyasətində hər hansı bir dəyişikliyin olmayacağını vurğulayıb: "İranda gerçək güc mərkəzi yeni siyasi liderlər, prezident Ruhani, xarici işlər naziri Zərif deyil, hələ İslam İnqilabı Keşikçiləri və dini lider Xamneyidir".
İsrail-Fələstin probleminin həlli ilə bağlı sualı cavablandıran A. Liberman problemin həllinin mümkün görünmədiyini ifadə edib: "Bu gün iki tərəf arasında bir-birlərinə qarşı güvən sıfır səviyyəsindədir. Əgər digər tərəfə inanmırsınız, əgər bir etibarınız yoxsa sülhü təmin etmək imkansızdır".
AzNews.az