Rəqsanə Bakıya gələsi olmadı

10 Dekabr 2013 11:40 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılovanın Bakı səfəri təxirə düşüb.

Bunu AzNews.az-a müğənninin özü deyib.

O, Bakıya gələn həftə gələcəyini deyir: "Bu gün Bakıya qayıtmalı idim. Amma bu müddətə Moskvaya gedib, yenidən Türkiyəyə qayıdacam. Gələn həftə nəhayət Bakıdayam. Yeni ilə kimi mətbuat nümayəndləri ilə görüşməliyəm. Ötən açıqlamamda 5 müğənniyə öz mahnılarımı təqdim edəcəyimdən danışmışdım. Həmin proses mətbuat nümayəndələrinin iştirakı ilə olacaq. Yeni ili isə Moskvada olacam".

Qeyd edək ki, Rəqsanə xanım paytaxtdakı şou-proqramlara qatılmayacağını söylədi. O, bu yeni ildə Moskva səhnəsində olacaq.

Bahar
AzNews.az