İrəvanda Davudoğluna qarşı aksiya- VİDEO

12 Dekabr 2013 10:54 (UTC+04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri narazılıqla qarşılanıb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, "Gənclər İttifaqı", "Daşnaksütyün" və Sosial-Demokrat Partiyasının bir qrup fəalı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatınını xarici işlər nazirlərinin iclasının keçirildiyi "Armenia Marriott" otelinin qarşısına toplaşıb.

Onlar Türkiyənin qondarma erməni soyqırımını tanımağa çağıraraq Davudoğlunun səfərinə etiraz ediblər.

Aksiyaçılar Davudoğlunu təcili surətdə İrəvanı tərk etməyə çağırıblar.

Elnarə
AzNews.az