Bakı metrosunda yeni hərəkət Qrafiki
16 Dekabr 2013 13:00 (UTC+04:00)
Bu gündən etibarən Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinə keçilib.
Yay mövsümünün başa çatması və yeni tədris mövsümünün başlanması ilə sərnişinlərinin sayının artmasına səbəbilə qatarların hərəkət cədvəlində də müvafiq dəyişikliklər edilib.
AzNews.az xəbər verir ki, yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqə, qalan vaxtlarda 2,5-3 dəqiqədir.
Buna uyğun olaraq, "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda müddət iki dəfə artıq olur.
Qeyd edək ki, bəzi hallarda "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti daha artı qola bilər. Buna, qrayikə uyğun olaraq, "Nərimanov" elektrik deposundan xəttə çıxan qatarların "Nərimanov" stansiyasına daxil olması və ümumi qrafikə qoşulması səbəb olur.
Yeni qrafikinin müddəti 2014-cü il ilin iyul ayına qədərdir.
Metropolitençilərin, eləcə də digər sərnişinlərin marağı nəzərə alınaraq, "Nərimanov" stansiyasından "Bakmil" stansiyasına, eləcə də depo sərnişin platofrmasına və əks istiqamətdə, yeni qrafik üzrə qatarların hərəkət cədvəli metro.gov.az saytının əsas səhifəsində müvafiq banner-bölmədə yerləşdirilib.
Onu da əlavə edək ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə istirahət günlərində qatarların "Bakmil-Nərimanov" və əks istiqamətdə hərəkətində cüzi dəyişiklər edildiyi üçün şənbə və bazar günlərinin hərəkət cədvəli ayrı-ayrılıqda təqdim olunur.
("Nərimanov-Bakmil" və əks istiqamətdə qatarların gündəlik hərəkət cədvəlinə keçid)
AzNews.az