“Azərbaycanda idarəçilik normal vəziyyətdədir” - Əli Həsənov
18 Dekabr 2013 12:21 (UTC+04:00)
"Əgər indi Azərbaycan əhalisi bu dövlətin siyasəti ilə razıdırsa, deməli, idarəçilik normal vəziyyətdədir".
Publika.Az-ın məlumatına görə, bunu Prezident Admnistrasiyasının (PA) İcimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər)" adlı kitabın təqdimat mərasimində çıxışı zamanı bildirib.
PA-nın şöbə müdiri söyləyib ki, prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətini novatorluq səviyəssində davam etdirir: "Ancaq möhkəm əsaslarla qorunan dövlət dayanıqlı ola bilər. İndi hamı üçün bəllidir ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ilə bərabər, dövlət idarəçilik təlimini də bizə bəxş edib. Heydər Əliyevin idarəçilik təlimi ilk növbədə xalqın milli iradəsinə söykənib. Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərdən biri xalqın hüquqi dövlət və qanunçuluğa söykənməsidir. O, demokratiyanı, siyasi plüralizmi irəli sürdü. Onun əsas prinsiplərindən biri də effektli dövlət yaratmaq idi".
Azərbaycanda ictimai-siyasi mühitin çox normal olduğunu vurğulayan Ə.Həsənov əlavə edib ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ölkədəki sabitliyin və inkişafın qarantıdır.
AzNews.az