Hz. Əbəlfəzl və hz. Əli Əkbərin üzləri göstəriləcək - Ilk dəfə
18 Dekabr 2013 22:38 (UTC+04:00)
İran kinematoqrafçılarının çəkdiyi "Qiyamət günü" adlı film Londonda keçirilən ilkin təqdimatda Oskar mükafatına laureatların sırasına daxil edilib.
Əhməd Rza Dərvişin rejissorluğu ilə çəkilən bu bədii filmin mövzusunda dindən və qəhrəmanlıqdan bəhs edilir.
Muaviyənin ölümündən başlayaraq imam Hüseynin (ə) şəhadətinə qədər olan tarixi dövrü əhatə edən filmin çəkilişləri 5 ildir ki davam edir.
Çəkilişlərinin İranın bir çox şəhərlərində aparıldığı bu film ilk olaraq 3 dildə (Fars, ərəb, ingilis) yayımlanmağa başlayacaq.
Ərəb dilində adı "Azadlıq günü", ingilis dilində isə "Yox deyən şəxs" adlanacaq.
2014-cü ildə ekranlara çıxacaq bu film 2 saat 30 dəqiqədir.
Qeyd edək ki, filmdə ehtimal ki, hz. Əbəlfəzl və hz. Əli Əkbərin üzləri açıq göstərilsin. Bu, bütün şərq ölkələrində bir ilk ola bilər. Rejissor öncə "Muxtarnamə" serialında buna cəhd etsə də, din alimləri icazə verməmişdi. Lakin "Qiyamət günü" filmində rejissor bu məsələ barədə islam alimlərindən müsbət rəy almağa çalışıb. Filmdə imamların üzünün göstərilib-göstərilməməsi yaxında dəqiq məlum olacaq.(Axar.az)