Mühafizə komandiri qətlə yetirildi
15 Avqust 2012 13:48 (UTC+04:00)
Əfqanıstanın Şeqnan qəzasında sərhəd mühafizəsi polisinin komandiri "Taliban" silahlıları tərəfindən öldürülüb. AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə həmin şəxslər Şeqnandan Boharak qəzası istiqamətində gedərkən baş verib. Silahlı hücum zamanı məmurun 2 cangüdəni də qətlə yetirilib. Baş vermiş olaya görə "Taliban" hərəkatı məsuliyyəti üzərinə götürüb.
İlkin
AzNews.az