Rusiyanın Britaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. AzNews.az dni.ru saytına istinadən xəbər verir ki, icazəsiz aksiyada Rusiya və Suriya əleyhinə fikirlər səsləndirilib və səfirliyin binası daşqalaq edilib.
Səfirlikdən verilən məlumata görə, aksiya zamanı xəsarət alan olmasada, binaya maddi ziyan dəyib. Bununla belə, səfirlikdən bildiriblər ki, polis icazəsiz aksiyanı dayandırmaq üçün hər hansı tədbir görməyib və faktla bağlı heç kəs saxlanılmayıb.
Bundan əlavə, səfirlik bildirib ki, bu diplomatik nümayəndəliklərin toxunulmazlığı haqqında qanunun kobud pozulması deməkdir.
Sadiq
AzNews.az