Bir neçə gün öncə qayadan yıxılaraq ağır xəsarət alan Azərbaycan Ordusunun əsgəri hospitalda dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 17-də Müdafiə Nazirliyinin Naxçıvandakı hərbi hissəsində qayadan yıxılan əsgər Samir Malik oğlu Adıgözəlov Hərbi Hospitalda dünyasını dəyişib.
Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.
AzNews.az