Azərbaycan futbol çempionatında ikinci istefa

25 Avqust 2012 11:56 (UTC+04:00)
Futbol üzrə Azərbaycan premyer-liqasının cari mövsümündə ikinci baş məşqçi istefası reallaşıb. Belə ki, böyük ümidlərlə "Rəvan" klubuna gətirilən türkiyəli mütəxəssis Cavad Gülər postundan ayrılıb.

Belə ki, paytaxt klubunun rəhbərliyi çempionatın ilk oyunlarında göstərilən nəticələrdən narazı qalıb. Qeyd edək ki, "Rəvan" keçirdiyi 4 oyunda cəmi 3 xal qazanıb. Güləri kimin əvəzləyəcəyi hələlik məlum deyil.

Emin Abbasov
AzNews.az