Əsgər hərbçi yoldaşını güllələdi

31 Avqust 2012 12:38 (UTC+04:00)
Müdafiə Nazirliyinin Ağdamda yerləşən "N" saylı hərbi hissəsində əsgər ölümü ilə nəticələnən insident baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1993-cü il təvəllüdlü Xudaverdiyev Novruz Rasim oğlunun tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun əsgər yoldaşı, 1993-cü il təvəllüdlü Dadaşov Pərvin İbadulla oğluna dəyib.

Yaralanan əsgər Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. P. Dadaşov 2011-ci ilin aprel ayında Quba, N. Xudaverdiyev 2011-ci ilin aprel ayında Bakının Xəzər rayonunda həqiqi hərbi xidmətə çağırılıb. Faktla bağlı Bərdə Hərbi Prokurorluğunda cinayət işi başlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

AzNews.az