Ermənipərəst konqresmenlər Ramil Səfərov şokunda
1 Sentyabr 2012 11:28 (UTC+04:00)
Xarici Əlaqələr Komitəsinin üzvü, ermənipərəst konqresmen Bred Şermen Ramil Səfərovun azad edilməsi ilə bağlı açıqlama verib. AzNews.az-ın panarmenian.net saytına istinadən verdiyi xəbərə görə, ermənipərəst konqresmen Ramil Səfərovun ekstradisiyası xəbərindən məyusluğunu ifadə edib və bildirib ki, Macarıstan hökuməti Ramil Səfərovu Azərbaycana təhvil verməklə yanlışlığa yol verib. Ermənipərəst konqresmen Ramil Səfərovun əfv olunmasını da düzgün addım hesab etməyib.
Qeyd edək ki, ermənilər Ramil Səfərovun azadlığa çıxmasından o qədər dərin şok keçiriblər ki, boğulan saman çöpündən yapışan kimi, az qala qabaqlarına çıxan hər kəsi danışdırmağa çalışırlar.
Sadiq
AzNews.az