Sürücülərin nəzərinə: hərəkət məhdudlaşdırılır

6 May 2014 10:04 (UTC+04:00)
Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır.

"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 12:00-dan etibarən, Mikayıl Əliyev və Mehdi Abbasov küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

AzNews.az