İlham Əliyev sərəncam imzaladı

12 May 2014 15:21 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Aman-gəldi Tuleyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Aman-gəldi Moldaqazıyeviç Tuleyev "Dostluq" ordeni ilə təltif edilsin.

AzNews.az