Akif Nağı zorla polisə aparıldı

12 İyun 2014 10:31 (UTC+04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının Bakı Şəhər Baş Polis İdarəsinə aparılması ilə bağlı məlumat yayılıb. QAT rəhbəri xəbəri təsdiqləyib. A. Nağı Modern.az saytına açıqlamasında bildirib ki, hazırda polisin xidməti avtomobilində BŞBPİ-nə gedir. "Mənə səbəbini deməyiblər. Amma böyük ehtimal erməni deputatların Bakıya gəlməyinə mənim etirazımla bağlıdır",-deyə QAT sədri bildirib.

Qeyd edək ki, iyunun 16-18-də Bakıda NATO Parlament Assambleyasının "Rose Roth" seminarı keçiriləcək. Seminara erməni deputatların da qatılacağı gözlənilir. A. Nağı isə buna etiraz edib.



Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılıb. AzNews.az-ın əldə etdiyi məlumata görə, BŞBPİ-nin əməkdaşları bu gün səhər saatlarında QAT-ın ofisinə gəliblər və A.Nağını idarəyə aparıblar. QAT sədrinin saxlanılmasının səbəbləri hələlik bəlli deyil.

Qeyd edək ki, A.Nağı NATO-nun Bakıda keçiriləcək Rose-Roth seminarında erməni deputatların iştirakına etirazını bildirmişdi.

12:31
***

QAT rəhbəri xəbəri təsdiqləyib. A. Nağı Modern.az saytına açıqlamasında bildirib ki, hazırda polisin xidməti avtomobilində BŞBPİ-nə gedir. "Mənə səbəbini deməyiblər. Amma böyük ehtimal erməni deputatların Bakıya gəlməyinə mənim etirazımla bağlıdır",-deyə QAT sədri bildirib.

Qeyd edək ki, iyunun 16-18-də Bakıda NATO Parlament Assambleyasının "Rose Roth" seminarı keçiriləcək. Seminara erməni deputatların da qatılacağı gözlənilir. A. Nağı isə buna etiraz edib.