Erkən nikahların qarşısının alınmasına dəstək veriləcək
19 İyun 2014 11:03 (UTC+04:00)
"Gənclərin Sosial Problemlərinin Həllinə Kömək" İctimai Birliyi "Özünü tanı, hüququnu bil!" adlı layihəsinin icrasına başlayıb.
İB-nin İctimaiyyətlə əlaqələr departamentindən AzNews.az-a verilən məlumata görə, layihənin başlıca məqsədi regionlarda erkən nikahların, ailədaxili zorakılığın qarşısının alınmasına kömək etməkdir. Burada əsas ideya hər bir gənc qızın ana və həyat yoldaşı olmazdan əvvəl qadın və şəxsiyyət kimi formalaşmasının əhəmiyyətinin vurğulanmasından ibarətdir.
İB dörd ay ərzində davam edəcək layihə çərçivəsində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə bir sıra fəaliyyətlərin icrasını nəzərdə tutur.
Bu müddət ərzində Gəncə-Qazax iqtisadi zonasında mövzu ilə bağlı müxtəlif maarifləndirmə tədbirləri, ictimai müzakirələr aparılacaq, Kəpəz tv-də televiziya proqramı hazırlanacaqdır.
AzNews.az