5 qadın nazir təyin edildi
3 Sentyabr 2014 19:55 (UTC+04:00)
Modern.az xarici KİV-lər istinadən xəbər verir ki, Yaponiyanın baş nazir Şinzo Abe ilk dəfə olaraq Nazirlər Kabinetinin tərkibində dəyişikliklər aparıb. Sentyabrın 3-də İmperator sarayında keçirilən mərasimdən sonra Nazirlər Kabineti yeni tərkibdə rəsmi olaraq fəaliyyətə başlayıb.
18 nazirdən ibarət olan Nazirlər Kabinetinin 12 üzvü yeni təyinat alanlardır.
Baş nazir köhnə komandadan 6 naziri öz vəzifəsində saxlayıb.
Maraqlıdır ki, yeni hökumətin tərkibində beş qadına yer verilib.
Baş nazir Ş.Abe bəyan edib ki, qadınların cəmiyyətdə rolunun artırılması hökumətin əsas vəzifələrindən biridir.
AzNews.az