5 yaşlı uşaq paltaryuyan maşınında qaldı
4 Sentyabr 2014 08:42 (UTC+04:00)
Anspress-in məlumatına görə, Texas ştatının ən böyük şəhəri olan Hyustonda 5 yaşlı qızın camaşırxanada paltaryuyan maşınında olduğu aşkar edilib. Bunu oraya gələnlərdən biri müəyyən edib. Hadisə bir neçə saniyə içərisində baş verib. Camaşırxanaya gələn qadın paltaryuyan maşında uşağın olduğunu görüb və kənardakılara səslənib
Azyaşlı qız dərhal xəstəxanaya çatdırılıb. Boğulan azyaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir. Lakin həkimlərin fikrincə, uşaq bu hadisədən xilas ola biləcək.
Hazırda polislər zərərçəkmiş uşağın paltaryuyan maşınına necə girməsini araşdırır. Həmçinin, qızın valideynlərinin də axtarışları davam edir.
AzNews.az