İsa Qəmbərin qardaşı Qubad İbadoğlunu dəstəklədi - Bəyanat

4 Sentyabr 2014 13:25 (UTC+04:00)
yeni başqan postu uğrunda gedən mübarizədə dəstəkləyəcəyi namizədin adını açıqlayıb.


AzNews.az-ın məlumatına görə, o bununla bağlı müraciət yayıb.

R. Qəmbər müraciətində bildirib ki, Arif Hacılı, Səxavət Əlisoy, Tural Abbaslı də Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlardır və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək qurultayın nümayəndələri səsvermə yoluyla qərar verəcək: "Lakin Qubad İbadoğlu çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdandır. Ona görə də hesab edirəm, başqan Qubad bəy olmalıdır".





Bahar Rüstəmli
AzNews.az