Vəkil Mənsum Bayramov saxlanıldı
5 Sentyabr 2014 18:00 (UTC+04:00)
Vəkil Mənsum Bayramov bir neçə gün öncə polis tərəfindən saxlanılıb.
AzNews.az xəbər verir ki, bu barədə Turan-a qeyri-rəsmi mənbələrdən bəlli olub.
Mənbənin məlumatına görə, vəkil dələduzluqda ittiham olunur və onun barəsində artıq bir aylıq həbs qətimkan tədbiri seçilib.
Mənsum Bayramovun mobil telefonuna zəng çatmır.
Rəsmi orqanlardan vəkilin həbsinin səbəbləri ilə bağlı məlumat almaq mümkün olmayıb.
Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-nin namizədliyini irəli sürdüyü üzvü olub. Hazırda siyasi mənsubiyyəti barədə məlumat yoxdur.
AzNews.az