Ermənilərin girov götürdükləri uşağın ailəsi ilə əlaqə saxlanılıb

8 Sentyabr 2014 15:12 (UTC+04:00)



Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, komitə Azərbaycan Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Tərtər Rayon İcra Hakimiyyətinə müraciət edib: "Bu istiqamətdə işlər görülür. Uşağın girov götürüldüyü şərait araşdırılır".

E.Səfərov əlavə edib ki, komitə Ceyhun Məmmədovun ailəsi ilə də əlaqə saxlayıb.

Qeyd edək, C.Məmmədov sentyabrın 5-də Tərtər rayonunun Aşağı Çaylı kəndi istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb.

AzNews.az