Xırdalanda zərərçəkənlərin ev problemi həll olunub
8 Sentyabr 2014 17:58 (UTC+04:00)
"Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binada baş vermiş partlayış nəticəsində məcburi köçkün statusu alan 3 ailənin üzvləri xəsarət alıb".
APA-nın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov söyləyib.
G.Fərhadov deyib ki, artıq bu ailələrdən birinin köçəcəyi mənzil müəyyənləşib. Onun sözlərinə görə, digər iki ailə hazırda yas mərasiminin təşkili ilə məşğul olduğu üçün həmin ailələr sabah mənzillə təmin ediləcəklər.
AzNews.az