Rusiya Qazaxıstan və Çinlə toqquşma həddindədir
8 Sentyabr 2014 20:46 (UTC+04:00)
Rusiya Qazaxıstan və Çinlə toqquşma həddindədir.
ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə erməni iqtisadçı Aşot Yeqiazaryan çıxış edib.
Onun fikrincə Qazaxıstan Gömrük İttifaqına məcburən daxil olub:
"Qazaxıstan Gömrük İttifaqına daxil olandan sonra bu ölkədə bahalaşma başladı. Qazaxıstan aşağı gömrük rüsumlarını Rusiyaya uyğunlaşdıraraq artırdı. Çin mallarının yerinə keyfiyyətsiz və bahalı Rusiya malları Qazaxıstana daxil oldu. Bu vəziyyət isə sadə Qazaxıstan vətəndaşına sərf etmir, dövlət büdcəsi də bundan itirir. Qazaxıstan Rusiyanın təzyiqi altında Gömrük İttifaqına daxil oldu və bu azad seçim deyildi. Qazaxıstan rəhbərliyi əla bilirdi ki, Rusiya öz xarici siyasətinin aləti kimi bu layihədən istifadə etməyə çalışacaq".
Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların Qazaxıstan iqtisadiyyatına da mənfi təsir göstərdiyini deyən erməni ekspert qeyd edib ki, Nazarbayevin ölkəsinin müstəqilliyi haqqında açıq danışması Putin hakimiyyətini qıcıqlandırır:
"Demək olar ki, Gömrük ittifaqı səviyyəsində edilən inteqrasiya siyasi böhranla əvəz olunub. Qazaxıstanda anti-Rusiya əhval-ruhiyyəsini artmaqdadır. Bu vəziyyətdən isə Çin maraqları üçün faydalanmağa çalışır. Qazaxıstan iqtisadiyyatına investisiya yatıran Çin Gömrük İttifaqının genişlənmməsi fonunda belə Rusiyaya rəqib olacaq. Qırğızıstan ittifaqa qoşulması həyata keçsə, Çin bölgədə Rusiyanın iqtisadi maraqlarına qarşı əsas təhdid mənbəyi olacaq. Həmçinin Çin Qazaxıstan və Qırğızıstanın timsalında anti-Rusiya əhval-ruhiyyəsini milli etnik toqquşmalaradək inkişaf etdirə bilər".
AzNews.az