Oqtay Əsədov Osloya səfər edəcək

9 Sentyabr 2014 10:23 (UTC+04:00)

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə bildirib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, Parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Konfransda "Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi", "Avropada demokratiya, suverenlik və təhlükəsizlik", "Çoxluq və müxalifət - tarazlığın əldə olunması" mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyəti müzakirə olunan məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Bundan əlavə, O.Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.

Həmçinin səfər çərçivəsində S.Mirzəyev milli nümayəndə heyətləri Baş katiblərinin görüşündə iştirak edəcək, tədbirdə qaldırılan məsələlərə öz münasibətini bildirəcək.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Norveç Konstitusiyasının 200 illiynə həsr edilmiş tədbirə qatılacağı da gözlənilir.

AzNews.az