Daha bir ailənin evi başına uçurduldu- “Sovetski”də (Fotolar)

9 Sentyabr 2014 17:22 (UTC+04:00)


Bu barədə AzNews.az-a məlumatı evi uçurulan şəxs – Sovetski 68 ünvanında yaşayan Mədinə Seydəmirova verib. O bildirib ki, bu dəqqələrdə söküntü işləri davam edir:

"Söküntü işlərinə dünən başlamaq istəyirdilər. Amma biz ailəliklə narazılıq etdiyimizə görə, ərazidən kənarlaşdılar, maşına basıb polisə apardılar. Amma təəssüflər ki, bu gün insanlıq amilini nəzərə almayan İcra Hakimiyyətinin işçiləri bizim narazılığımıza məhəl qoymadan söküntü işlərinə start veriblər. Hazırda evimizin damı yox vəziyyətdədir. Yağış yağsa su altında gecələməli olacağıq. Allaha yalvarırıq ki, bu baş verməsin. Yaşadığımız ev və ətraf ərazi dağıdılmış Suriya xarabalığına bənzəyir".

M.Seydəmirova vurğulayıb ki, şikayyətlərini İcra Hakimiyyətinin rəsmi şəxsləri dinləmir: "İşçiləri göndərib özləri isə gizlənirlər. İH-də bunu bilə-bilə edirlər ki, məcbur qalıb onların təklifi ilə razılaşaq. Biz evimizin kvadratını 1500 mantdan satmağa razıyıq. Amma bu şərtlə ki, sənəddə yazılan kvadrtın pulunu bizə versinlər. Evimiz 67 kvadratdır. Amma icra hakimiyyətinin məhsul şəxsləri sənəddə yazılanları deyil, evimizn içinin ölçüsü ilə sözü gedən məbləği bizə vermək istəyirlər. Biz də bu şərtlə razılaşmaq istəmirik. Olar isə müxtəlif təzyiq vasitələrlə bizi buna məcbur etmək istəyirlər".

Şikayətçi bildirib ki, onların üst mərtəbəsindəki sakinləri köçürüblər və həmin mənzili onların yaşadığı mənzilin üzərinə uçurublar. Nəticədə birinci mərtəbə - şikayətçinin mənzili yararsız hala düşüb.

Azər
AzNews.az