Ermənilər Putinə zidd gedir
9 Sentyabr 2014 20:46 (UTC+04:00)
Ermənistanın Gömrük İttifaqına daxil olması prosesində anlaşılmaz problemlər var.
ANS PRESS-in məlumatına görə, bu barədə "Erməni Milli konqresi"nin üzvü, iqtisadçı ekspert Zoya Tadevosyan danışıb.
Erməni ekspert Qərbin sanksiyaları fonunda Rusiyada yaşanan iqtisadi problemlərə diqqət çəkərək bildirib ki, bu vəziyyət Ermənistana yaxşı prespektiv vəd etmir.
"Rusiyadakı mövcud iqtisadi vəziyyət optimist əhval-ruhiyyə üçün əsas vermir", deyə Tadevosyan bildirib.
Zoya Tadevosyan Rusiya ilə Ermənistan arasında münasibətləri şərh edərkən bildirib ki, rəsmi Moskva Ermənistana tamamilə onun təsiri altında olan ölkə kimi baxır.
AzNews.az