Bakıda daha bir ölüm saçan bina - VİDEO
10 Sentyabr 2014 07:54 (UTC+04:00)
ANS TV-nin məlumatına görə, binanın eyvanı uçub tökülmək üzrədir. Hətta yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, binanın eyvanında beton parçası qoparaq onun altından keçən yaşlı kişinin qarşısına düşüb. Xoşbəxtlikdən həmin daş parçası özü ilə ölüm gətirməyib. Amma bu, o demək deyil ki, təhlükə sovuşub. Həmin binaların eyvanı, hələ də, təhlükə mənbəyi olaraq qalır. Elə ərazidən keçən sakinlərdə ehtiyyatla hərəkət edirdi. Binaya baxdıqda 4 eyvanın həqiqətən acınacaqlı vəziyyətdə olduğunu görmək olur. Elə o eyvanların altından keçən sakinlər isə sözügedən binanın təmirə ehtiyyacı olduğunu bildirdi.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov bildirib ki, həmin binalar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.
Elə bizdə Bakı Şəhəri İcra Hakimiyyətilə əlaqə saxladıq qurumdan bizim sualımıza cvab verən olmadı. İstənilən bu cür problemə laqeyd yanaşmaq məqsədə uyğun deyil. Məlumunuz olsun ki, ötən il paytaxtın Səbail rayonu, Lermantov küçəsində yerləşən binadan qopan daş gənc oğlanın həyatı bahasına baş gəlib. Ancaq bu cür halların yenidən yaşanmamsı üçün aidiyyatı qurumlar artıq indidən fəaliyyətə keçsə, heç də pis olmaz.
AzNews.az