Rusiya nüvə raketlərini sınaqdan keçirdi – Son dəqiqə

10 Sentyabr 2014 12:07 (UTC+04:00)



Axar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi nüvə başlıqlı raketin sualtı qayıqdan atıldığını və sınağın uğurlu keçdiyini açıqlayıb.

Rusiyanın şimal-qərb bölgəsində yerləşən Ağ dənizdən atılan raket ölkənin Uzaq şərq bölgəsində Kamçatkada hədəfi məhv edib.

Məlumat üçün bildirək ki, Moskva Termal Texnologiya İnstitutunun 1998-ci ildən bəri apardığı araşdırmalar nəticəsində inkişaf etdirilən qitələrarası raket sistemi (SS-NX-30) 10 ədəd nüvə başlıq daşıya bilir. Uzaqmənzilli raketlər atıldıqdan sonra yüksəkliyi və hədəfi dəyişə bilir.

Raketlərin istifadə olunduğu sualtı gəmilərin istehsalını davam etdirən Rusiya Dəniz Qüvvələri bununla da yeni strategiya mərhələsinə qədəm qoyub.


AzNews.az