Bakıda çimərlik voleybolu üzrə Avropa çempionatı start götürüb

10 Sentyabr 2014 13:08 (UTC+04:00)



Trend-in məlumatına görə, 20-dən çox ölkənin iştirak edəcəyi çempionat Pirşağıda yerləşən "Həyat Çimərlik və Voleybol Mərkəzi"ndə keçirilir.
Yarışda Azərbaycan, Almaniya, İtaliya, Rusiya, Ukrayına, Yunanıstan, Finlandiya və digər ölkələrin tanınmış idmançıları senyabrın 14-nə kimi birincilik uğrunda mübarizə aparacaq. Yarışın qaliblərinə 1-ci yer üçün 6000, 2-ci yer üçün 4000, 3-cü yer üçün 3000 avro pul mükafatı, kubok və medallar təqdim ediləcək.
AÇ ərəfəsində Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer və I vitse-prezidenti Yan Xronik Bakıda olacaqlar.
Qeyd edək ki, 2014-cü ildə yaradılan Azərbaycan Çimərlik Voleybolu Assosiasiyanın prezidenti "Azəryolservis" ASC-nın sədri, Milli Məclisin üzvü Cavid Qurbanovdur.


AzNews.az