Elmar Məmmədyarov: «Biz Serbiyaya sərmayə yatırırıq»

10 Sentyabr 2014 13:42 (UTC+04:00)


Nazir Azərbaycan və Serbiya arasında geniş və dərin əməkdaşlıq olduğunu, iki nazirlik arasında məsləhətləşmələr aparıldığını bildirib.

APA-nın məlumatında deyilir ki, Elmar Məmmədyarov daha sonra deyib: "Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik".

Birgə mətbuat konfransında çıxış edən nazir bildirib ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir: "Gələn il Serbiya ATƏT-ə sədrlik edəcək. Biz bu məsələni də müzakirə etdik. Serbiyaya sərmayə yatırırıq. Serbiya Azərbaycan qazının Balkanlara nəqlində maraqlıdır. Yaxın gələcəkdə iki ölkə arasında biznes-forum və müştərək komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub".

I. Daсic isə yeni layihələri müzakirə etməli olduqlarını söyləyib: "Azərbaycan və Serbiya arasında dostluq münasibətləri var. İki ölkə arasında strateji əməkdaşlıq çərçivəsində münasibətlər inkişaf edəcək. Siyasi iradə mövcuddur, amma iqtisadi əməkdaşlığımız o qədər də inkişaf etməyib və biz bu inkişafa nail olmaq üçün əlimizdən gələni etməliyik. Biz yeni layihələri müzakirə etməliyik, bu xüsusda Azərbaycan və Serbiya arasında biznes-forumun təşkil olunması zəruridir".


AzNews.az