Şamaxıda dəhşətli qəza - 2 ölü, 13 yaralı

11 Sentyabr 2014 06:49 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 11-də gecə saat 00:30 radələrində Bakı-Şamaxı yolunun 136-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Şamaxının Mədrəsə kənd sakinləri -2001-ci il təvəllüdlü Kikibadze Murad Bəxtiyar oğlu və 1979-cu il təvəllüdlü Bayramova Gülnar Əli qızı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Avtobusda olan sərnişinlərdən 1972-ci il təvəllüdlü Sxaidze Məhtəbə Məhəmməd qızı, 2003-cü il təvəllüdlü Bayramova Aytac Süleddin qızı, 2002-ci il təvəllüdlü Musayev Nəsib Elminaz oğlu, 1968-ci il təvəllüdlü Mahmudova Səltənət Xalid qızı, 1980-ci il təvəllüdlü Bayramova Humay Xaləddin qızı, 1974-cü il təvəllüdlü Azayeva Nargilə Teymur qızı, 1974-cü il təvəllüdlü Məcidova Almaz Şirin qızı, 2005-ci il təvəllüdlü Məcidov Muxammed Osman oğlu, 2002-ci il təvəllüdlü Bayramov Namiq Süleddin oğlu, 1968-ci il təvəllüdlü Rəfiyeva Tamella Azay qızı, 1982-ci il təvəllüdlü İbrahimova Əntiqə Məcid qızı, 1968-ci il təvəllüdlü Azayeva Mədinə Teymur qızı, 1975-ci il təvəllüdlü Məcidova Ruqiyə Zenit qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün Bakı şəhərindən Şamaxıya həkimlər gəlib.

Məlumata görə, ölən və yaralıların hamısı Şamaxının Mədrəsə kəndinin sakinləridir. Onların bəziləri vaxtilə Gürcüstandan köçürülən Mesxeti türkləridi. Onların hamısı bir-biri ilə qohumdur və avtobusla ad günü mərasimindən geri qayıdırlarmış.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum deyil. İlkin məlumata görə, sərnişin avtobusunun qarşısına minik maşını çıxaraq qəza vəziyyəti yaradıb və avtobusun sürücüsü toqquşmadan qaçaraq idarəetməni itirib və maşını ağaca çırpıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az