“Avropada asanlıqla sığınacaq ala bilərdim“ - Eldəniz Quliyev
11 Sentyabr 2014 07:50 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Eldəniz Quliyev özü məlumat verib. O, bildirib ki, məhkəmənin qərarı əsassızdır: "Mənim Azərbaycanı birdəfəlik tərk eləmək niyyətim yoxdur. Sadəcə, bir neçə günlük İrana müalicəyə getmək istəyirəm. Əgər ölkəni tərk etmək niyyətim olsaydı, Avropa dövlətlərindən birinə gedərdim və orada asanlıqla sığınacaq ala bilərdim".
Xatırladaq ki, Quliyev avqustun 20-də öz facebook səhifəsində yol polisinin əməllərini tənqid edib. DİN rəhbəri bunda bütünlükdə polisə qarşı təhqir və böhtan görərək, polisin şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırıb.
Bahar Rüstəmli
AzNews.az