Əsəd Obamaya meydan oxudu

11 Sentyabr 2014 18:54 (UTC+04:00)
Suriya ABŞ-ın İŞİD-ə qarşı həyata keçirəcəyi hərbi əməliyyatlara sərt reaksiya verib.

ANS PRESS-in məlumatına görə, Suriya milli barışıq naziri Əli Heydər bəyan edib ki, rəsmi Dəməşqin icazəsi olmadan ABŞ-ın Suriya torpaqlarında aparacağı hər hansı hərbi əməliyyatı "hücum" kimi dəyərləndirəcəyik.

"ABŞ İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirməyi planlaşdırır. Suriya hökumətinin icazəsi olmadan bu torpaqlarda hərbi əməliyyatlar keçirilməyəcək. Əgər bunun əksi olarsa, biz bunu Suriyaya hücum kimi dəyərləndirəcəyik", deyə nazir bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama dünən açıqlama vermişdi ki, İraqda İŞİD-ə qarşı mübarizə aparandan sonra Suriyada da eyni əməliyyatlar həyata keçiriləcək.

AzNews.az