Ermənistanda Qarabağla bağlı mitinqlər başlayır
12 Sentyabr 2014 10:04 (UTC+04:00)
Anspress-in məlumatına görə, bu barədə İrəvanın "168 Jam" qəzeti yazıb və qeyd edilib ki, mitinq 17 oktyabr tarixində baş tutacaq. Əvvəlcə güman edilirdi ki, mitinq 10 oktyabrda keçiriləcək. Amma həmin gün Ermənistanın Avrasiya ittifaqına qoşulması haqqında məsələyə aydınlıq gələcək. Belə bir təsadüf Moskvada narazığa səbəb ola bilər. Ona görə etiraz aksiyasını növbəti həftəyə keçirmək qərarı verilib. Nəşr qeyd edir ki, açıq şəkildə hələ ki, heç kim demir ki, indiki vəziyyət hakimiyyətin dəyişməsinə səbəb ola bilər.
Birincisi Ermənistanda iqtisadi vəziyyət çox acınacaqlı vəziyyətdədir. Bundan başqa, artıq açıq danışılır ki, Sarkisyan seçim qarşısında qala bilər. Prezident ya müxalifətin hazırladığı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə sənədi imzalayacaq, ya da istefaya gedəcək.
Nəşr bildirir ki, bu sənəddəki bəzi bəndlər münaqişənin həlli üçün Ermənistanı Azərbaycana ərazi güzəştlərinə getməyə məcbur edir.
Serj Sarkisyan isə öz növbəsində əllərini sallayıb oturmur. O, konstitusion islahatlar keçirmək istəyir. Erməni qəzetinin yazdığına görə, bu islahatlar Sarkisyana ölkənin baş naziri olmaq və öz yerinə simvolik dövlət başçısı təyin etmək, nəticədə isə uzun illər böyük səlahiyyətlər icra etməyə imkan yaradacaq. Bu qarşıdurmada kimin qalib gələcəyi isə görünür Ermənistan küçələrində həll olunacaq.
AzNews.az