Bakıda yeni səfirlik açıldı
12 Sentyabr 2014 15:48 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, bunu Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Bakıda Malayziya səfirliyinin açılış mərasimində deyib.
O, qeyd edib: "Mən iki ölkənin münasibətlərinin daha da inkişaf etməsini istərdim. Ümid edirəm ki, Azərbaycan və Malayziya arasındakı münasibətlər uzunmüddətli, zəngin və iki ölkə üçün faydalı olacaq".
Nazir həmçinin deyib k, Malayziyanın Azərbaycana təyin olunan yeni səfiri Azərbaycanda üç il müddətində fəaliyyət göstərəcək.
Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rahman qeyd edib ki, hər iki ölkə arasında diplomatik münasibətlər çoxdan qurulub, lakin Malayziya Azərbaycanda rəsmi olaraq bu gündən fəaliyyətə başlayır.
Mərasimdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.
Açılış mərasimindən sonra Malayziyanın Baş naziri və Azərbaycanın xarici işlər naziri səfirliyin yeni binası ilə tanış olublar.
AzNews.az