Putindən Qərbə xəbərdarlıq
12 Sentyabr 2014 19:50 (UTC+04:00)
"Qərbin yeni sanksiyaları faktiki olaraq Ukrayna münaqişəsi ilə bağlı sülh prosesin pozulduğunu bildirir. Biz Qərbin sanksiyalarına qarşı ölkəmizin maraqlarına uyğun olan cavab tədbirləri həyata keçirəcəyik".
Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin Qərbin rəsmi Moskvaya tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib. O daha əvvəl Rusiyanın ABŞ və Avropa İttifaqı ölkələrinə ərzaq embarqosu tətbiq etməsini nümunə kimi göstərib.
Kreml rəhbəri onu da bildirib ki, Qərbin Rusiya məmurlarına tətbiq etdiyi sanksiyalar rəsmi Moskvaya ziyan gətirməyəcək. Putin Qərbin yeni sanksiyalarının anlaşılmaz olduğunu da qeyd edib:
"Mən başa düşmürəm ki, növbəti dəfə bu sanksiyalar tətbiq edildi. Çünki Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh prosesi başlamışdı. Münaqişənin siyasi yolla həll prosesinin başladığı bir zamanda Qərbin sanksiyalar tətbiq etməsi qəribədir".
Qeyd edək ki, Avropa Birliyinin12 sentyabrdan etibarən Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minib. Yeni sanksiya siyahısına "Rosneft", "Transneft" və "Qazprom neft" daxil edilib. Bundan başqa, Rusiyanın ən böyük hərbi müəssisələri "Uralvaqonzavod", "Oboronprom" və "Birləşmiş Aviainşaatçı Korporasiya"nın borclarının maliyyələşdirilməasi qadağan olunub.
Avropa Birliyinin "qara siyahı"sına isə 24 yeni ad əlavə olunub. Siyahıda "Rostex" korporasiyasının baş direktoru Sergey Çemezov, "Donetsk Xalq Respublikası"nın "baş naziri" Miroslav Rudenko, "Luqansk Xalq Respublikası"nın "baş naziri" Qennadi Çıpkalov, Rusiya prezidentinin Krımdakı şəxsi nümayəndəsi Georgi Muradov, Krım "Respublikası"nın "vitse-spikeri" Mixail Şeremet, Dövlət Dumasının 3 deputatı, o vüməldən qalmaqalılı Vladimir Jirinovski daxildir. Bundan əlavə, siyahıda 76-cı Pskov diviziyasının komandiri, general-mayor Aleksey Maumets də Avropa Birliyinin sanksiyaları ilə üzləşib.
AzNews.az