Əhməd Davudoğlu Azərbaycana gəlir

15 Sentyabr 2014 07:39 (UTC+04:00)


Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu ilk xarici səfərə çıxacağı ölkə məlum olub.

ANS PRESS-in xəbərinə görə, Davudoğlunun ilk xarici səfəri ŞimaliKipr Türk Respublikasına (KKTC) və Azərbaycana olacaq.

Baş nazirlik mətbuat mərkəzinin məlumatına görə, Əhməd Davudoğlu sentyabrın 16-da KKTC-yə, 19-20 sentyabrda isə Azərbaycana səfər edəcək.

Xatırladaq ki, 12-ci prezident Rəcəb Tayyib Ərdoğan da vəzifəsinin icrasına başladıqdan sonra ilk olaraq KKTC-yə və Azərbaycana səfər etmişdi.


AzNews.az