Deputatı zibil qutusuna soxdular - VİDEO

16 Sentyabr 2014 16:39 (UTC+04:00)
Ukrayna Ali Radasının deputatı Vitali Juravskini "Sağ sektor" təşkilatının üzvləri zibil yeşiyinə salıblar. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, təşkilat fəllarının qəzəbinə tuş gələn deputat zorla zibil yeşiyinə atılaraq ərazidə gəzdirlib. Bu zaman "sağ sektorçu"lar "Yaşasın Ukrayna!" və "Leksusda gəz!" sədaları səsləndiriblər.

Vitali Juravski Ukrayna Elmlər Akademiyasının akademiki və 2012-ci ildə Radaya "böhtan və şərə görə cinayət məsuliyyəti" nəzərdə tutan qalmaqallı qanun layihəsinin müəllifidir. Deputat eks-prezident Viktor Yanukoviç hakimiyyətinə qarşı loyallığı ilə seçilib.

Qeyd edk ki, "Sağ sektor" üzvləri ötən həftə rüşvətxorluqda təqsirli bildirkləri bir mmuru da zibil yeşiyinə atmışdılar.



AzNews.az