Avtomobilinizin markasının mənasını bilirsinizmi? – Fotolar
19 Sentyabr 2014 09:19 (UTC+04:00)
"Mitsubishi"
Keyfiyyətli avtomobilləri ilə tanınan Yaponiya sənaye şirkəti "Mitsubishi" adını Yapon döyüşçüləri - Samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) bishi (almaz) sözlərinin birləşməsindən yaranıb.
"Hyundai"
Şirkətin adı Koreyada "çağdaş" mənasını verən "hyundai" sözündən götürülüb.
"Jeep"
Hərbi məqsədlə istehsal olunan Jeep – in adı mutfilm qəhrəmanı olan "Təməl Rəis"dəki "Eugene Jeep" adlı heyvanın adından götürülüb.
"Toyota"
Şirkət adını qurucusu olan Kiiçiro Toyoda – dan alıb. Daha sonralar markanın adı dəyişdirilərək "Toyota" qoyulub.
"Lexus"
"Toyota"nın lüks avtomobil markası olan "Lexus" latınca "qanun" mənasını daşıyır.
"Audi"
"Audi" latınca "eşitdim" deməkdir.
"BMW"
BMW – nin açılışı "Bavyera Mühərrik Fabriki" mənasını verir.
"İnfinity"
"İnfinity" Nissanın Amerika üçün istehsal etdiyi lüks avtomobil markasıdır. Adı ingiliscə "ucsuz-bucaqsız" mənasını daşıyan "infinity" sözündən götürülüb.
"Hummer"
Məşhur "Jeep" markası olan Hummer – in adı yüksək hərəkət qabiliyyəti olan çoxməqsədli vasitə mənasını daşıyan "humvee" sözündən törəyib.
"Chevrolet"
Şirkət adını amerikalı avtomobil istehsalçısı Lois Chevrolet – dən götürülüb.
"Ferrari"
İtaliyanın lüks avtomobil şirkəti adını tanınmış yarışçı Enzo Ferrari-dən götürüb.
"Mercedes Benz"
Avstraliyalı tacir Emil Jelinec 1897 ilində yarışda qazandığı avtomobilə qızının adını - "Mercedes" qoydu və bunun şərəfinə şirkətin qurucuları istehsal etdiyi avtomobillərə "Mercedes" adını verməyə davam etdilər.
Nərmin Məmmədli
AzNews.az