Müsavata qurultay üçün yer verildi -Əlikram Əliyevdən açıqlama
22 Sentyabr 2014 12:12 (UTC+04:00)
Bu barədə AzNews.az-a açıqlamasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev məlumat verib.
O, bildirib ki, Müsavat partiyasının məktubu ilə tanış olub və onların qurultayının Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilməsinə razılıq verib.
Qeyd edək ki, sentyabrın 27-də qurultay keçirmək istəyən Müsavat partiyası Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə müraciət edib. Müraciətdə Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evi ilə müqavilə imzalamağa sərəncam verilməsi xahiş olunub.
Bahar RÜSTƏMLİ
AzNews.az