Xomeyniyə lətifə qoşan 11 nəfər tutuldu
22 Sentyabr 2014 14:42 (UTC+04:00)
"Media forum" saytının məlumatına görə, İsmayıl Mohebbipur deyib ki, polis və təhlükəsizlik qurumları virtual aləmdə ayətullah Ruhullah Xomeynini təhqir edənlərin fəaliyyətini nəzarətdə saxlayır: "Sosial şəbəkələrdə ayətullah Xomeyni haqqında təhqiramiz lətifələr qoşub yayanlardan 11 nəfəri tutulub. Tutulanlar hazırda dindirilir.
Onlar öz səhvlərini boyunlarına alıblar".
"Sepah" komandiri tutulan şəxslərin kimliyi və hazırda harada saxlandığı haqda hər hansı bir məlumat verməyib.