İŞİD-ə görə Türkiyəyə qaçanların sayı 130 mini keçdi

22 Sentyabr 2014 15:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumatda qeyd olunur ki, baş nazir Əhməd Davudoğlu ötən cümə günü İŞİD-in hücumlarından qaçıb gələnlərin sayının 4 min olduğunu açıqlamışdı.
Amma nazir köməkçisi Numan Kurtulmuş şənbə günü səhər qaçqınların sayının 45 min olduğunu, axşam isə qaçqınların sayının 60 minə çatdığını söyləyib.
Bazar günü axşam saatlarında sığınanların sayının 80 min olduğu, gecəyə doğru sayın artaraq 100 minə çatdığı məlum olub.

Bu gün verilən açıqlamada isə Suriyadan gələn qaçqınların sayının 130 minə çatdığı bildirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Türkiyədə yaşayan qaçqınların sayının 1.6 milyondan çox olduğunu söyləyib.


Nərmin Məmmədli
AzNews.az