SOS: İŞİD-dən daha təhlükəli terror təşkilatı yaradıldı - FOTO
23 Sentyabr 2014 09:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Amerika mətbuatı Suriyada fəaliyyət göstərən Əl-Qaidə təşkilatının davamı olan bu terrorist qrupunun İŞİD-dən daha təhlükəli olduğunu yazıb.
"New York Times" qəzetinin verdiyi xəbərə görə, Suriyada 2 il əvvəl fəaliyyətə başlayan "Xorasan" təşkilatı Yaxın Şərq, Cənub-Şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən qurulub. Təşkilata Əl-Qaidə liderlərindən Muhsin əl-Fadhlinin komandirlik etdiyi söylənilir.
33 yaşılı Fadhlinin 11 sentyabr 2001-ci ildən Usame bin Ladinin yaxın çevrəsinə girdiyi və 11 sentyabrda Nyu-Yorkda baş verən hadisələrdən xəbərdar olduğu iddia edilir.
Amerikanın hesablamalarına görə, ictimaiyyət tərəfindən adı çox eşidilməyən terror qrupu kiçik qruplar şəklində ətrafa yayılır və bombalı hücumlar təşkil edir.
İddia olunur ki, "Xorasan" terror qrupunun əsas hədəfi 11 sentyabr hadisəsini yenidən törətməkdir.
Nərmin
AzNews.az