Dünyanın ən böyük xəzinəsi tapıldı - 15 milyon dollar (Fotolar)
23 Sentyabr 2014 11:43 (UTC+04:00)
AzNews.az xəbər verir ki, xəzinəaxtaranlar - Reg Mead və Richard Miles 30 il əvvəl Fransanın şimal-qərbində yerləşən Jersey adasında baş vermiş bir hadisədən xəbər tutduqdan sonra axtarışlara başlayıblar. Belə ki, İngiltərəyə aid Kanal adalarından olan Jerseydə bir əkinçi ərazidə işləyərkən antik sikkələr tapıb. Bu adalar Roma dövründə imperatorluğun işğalından qaçan qəbilələrin İngiltərəyə keçməsi üçün yeganə yol olub.
Mead və Miles bu adalara gələrək axtarışlara başlayıb. 30 il sonra 50 min sikkənin olduğu bir xəzinə tapıblar.
Qeyd edək ki, alimlər bu xəzinənin eramızdan əvvəl 1-ci əsrə aid olduğunu söyləyirlər.
Nərmin Məmmədli
AzNews.az